Goranboyda qadın dəm qazından boğulub.
Gencexeber.az-ın məlumatına əsasən, rayonun Yolpaq kəndidə 1971-ci il təvəllüdlü Aidə Eyvazova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.