top
5 ilin Mercedesi yanıb kül oldu, sahibi şikayətçidir
08 yanvar 2026, 13:34
- +

5 ilin "Mercedes"i yanıb kül oldu, sahibi şikayətçidir

Ötən ilin 12 iyul tarixində Tovuz rayonunun Kirən kəndində avtomobili yanaraq tamamilə yararsız hala düşən Ehtibar Qasımov "Mercedes" şirkətinin Bakı mərkəzindən şikayətçidir.

Qafqazinfo.аz-a müraciət edən sürücü bildirib ki, həmin gün saat 12 radələrində ailə üzvləri ilə Tovuz şəhərindən Kirən kəndində yerləşən istirahət mərkəzinə yola düşüb.

Hadisə də yolda gözlənilməz bir vaxtda baş verib: "2022-ci ildə Almaniyadan sifarişlə gətizdirdiyim 2020-ci il istehsallı "Mercedes E220" markalı avtomobili şirkətin Bakıdakı mərkəzində qeydiyyata saldırmışdım. Həmin vaxtdan 77-CC-067 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxımı da yalnız orada göstəriblər. Hadisə baş verən gün isə asfalt yoldan dönüb istirahət mərkəzinə doğru gedərkən kənardan uşaqların səslədiyini gördüm. Dərhal maşından düşdük. Xoşbəxtlikdən bizə heç nə olmasa da, avtomobil tamamilə yanıb yararsız hala düşdü".

E.Qasımov hadisədən sonra 2018-2022-ci illərdə istehsal edilmiş dizel mühərrikli "Mercedes E220" markalı avtomobillərdə zavoddan qaynaqlanan texniki nasazlıqlar olduğunu öyrənib: "Biz öyrəndik ki, bir sıra ölkələrdə bu avtomobillərdə zavod mənşəli nasazlıqlar aşkar edilib və avtomobillər geri çağırılaraq yaranmış problemlər aradan qaldırılıb. Lakin "Mercedes"in Bakı Mərkəzindən bu barədə bizə bildirməyiblər. Biz yanğın hadisəsindən sonra Bakı mərkəzinə bu barədə müraciət etsək də, onlar yaranmış problemi öz üzərlərinə götürmədi. Lakin oktyabr ayında məni çağıraraq məsələnin həll edilməsinə dəstək göstəriləcəyini bildirdilər. Amma 2 aydan artıqdır ki, irəliləyiş yoxdur".

Şikayətçi əlavə edib ki, hadisə avtomobilin hərəkətdə olması zamanı baş verdiyindən Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsi toplanmış materialları Tovuz Rayon Polis Şöbəsinə göndərib. Polisin apardığı araşdırmalar nəticəsində fakt üzrə cinayət tərkibinin olmadığı müəyyən edilərək cinayət işinin başlanması rədd edilib.

Mövzu ilə bağlı "Mercedes"in Bakı Mərkəzi olan "Avtokapital-Azərbaycan" MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı onlar məsuliyyət daşımır: "Tovuz rayonu ərazisində, şəhərdən təxminən 18 km məsafədə baş vermiş hadisədən sonra avtomobilin sahibi (VIN: W1K2130041A862644) "Avtokapital-Azərbaycan" MMC-yə müraciət edib və hüquq-mühafizə orqanları tərəfindən verilmiş rəsmi sənədi təqdim edib. Sözügedən sənəd ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənib və baxılması üçün qəbul olunub.

Müraciətdən dərhal sonra "Avtokapital-Azərbaycan" MMC-nin əməkdaşları hadisə ilə bağlı daxili araşdırma proseduruna başlayıb və məsələ üzrə Mercedes-Benz AG zavodunun texniki dəstək xidmətinə rəsmi sorğu göndərib. Araşdırma çərçivəsində avtomobilin Azərbaycanda rəsmi servis mərkəzlərində keçdiyi texniki baxımlara dair mövcud sənədlər də daxil olmaqla tam sənəd paketi hazırlanaraq zavoda təqdim edilib.

Mövcud məlumatlara əsasən, avtomobilin rəsmi servis mərkəzinə son müraciəti 03.08.2023-cü il tarixində qeydə alınıb, bundan sonra isə istehsalçı tərəfindən nəzərdə tutulmuş iki planlı texniki qulluq keçirilməyib. Avtomobil sahibinin bildirdiyinə görə, sonrakı dövrdə texniki xidmətlər qeyri-rəsmi servis mərkəzlərində həyata keçirilib, yağ və filtr kimi ehtiyat hissələri isə ayrıca qaydada alınıb. Bu isə avtomobilin rəsmi servis şəbəkəsi çərçivəsində texniki qulluq tarixçəsinin tam və fasiləsiz olmadığını göstərir.

Açıqlamada qeyd edilib ki, istehsalçı zavodun texniki dəstək xidmətinin mütəxəssislərinin rəyinə əsasən, yanğın nəticəsində avtomobilə dəyən zərərin həcmi kritik səviyyədədir: "Bu səbəbdən, yanğının dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə texniki ekspertizanın aparılması obyektiv və praktik əhəmiyyətli nəticə verməyə bilər. Hazırkı mərhələdə hadisə ilə zavod istehsalı zamanı yaranmış hər hansı texniki qüsur arasında birbaşa əlaqə müəyyən edilməyib. Eyni zamanda nəzərə alınmalıdır ki, avtomobil beşinci istismar ilindədir, 150 000 km-dən artıq yürüşə malikdir, "qeyri-rəsmi idxal" kateqoriyasına aiddir və rəsmi texniki qulluq tarixçəsi natamamdır.

Bundan əlavə, avtomobil sahibi tərəfindən yanğının səbəbini və ya zavod qüsurunu təsdiq edən heç bir müstəqil ekspert rəyi təqdim edilməyib.

Hazırda sözügedən hadisə Mercedes-Benz AG-nin Hüquqi Məsuliyyət üzrə Məhsul Departamentinin (Product Liability Team) nəzarətindədir. "Avtokapital-Azərbaycan" MMC avtomobil sahibi ilə daimi əlaqədədir, istehsalçının bütün daxili qaydalarına və tələblərinə tam riayət edir və həm müştəri, həm də aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa açıq olduğunu bildirir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:32

Gəncədə "Məzun günü" keçirilib

Bütün xəbərlər
Bu gün, 15:57

Gəncəli Milli Qəhrəmanın həyat yoldaşı bu suala əsəbiləşdi

Bizim fəxrimiz
Bu gün, 14:27

Gəncə kikboksçuları Azərbaycan çempionatında 30 medal qazanıblar

Bütün xəbərlər
Bu gün, 13:44

Sabah dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:18

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Bütün xəbərlər
Bu gün, 10:48

Vətəndaşların bankdakı pulu xeyli artıb

Bütün xəbərlər
Bu gün, 09:35

İmamzadə "Aşura" mərasimi üçün tam hazırdır

Bütün xəbərlər
Dünən, 17:15

Gəncə Tibb Kollecində məzun gününə görə 10 manat yığılır – İDDİA

Bütün xəbərlər
Dünən, 16:38

Gedişhaqqı artıb, amma kondisionerlər işləmir? – Gəncəlilər narazıdır

Bütün xəbərlər
Dünən, 15:54

Gəncədə tullantılarını kanala axıdan restoran aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:19

Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi olub

Bütün xəbərlər
Dünən, 15:02

Azərbaycanda neçə lüks avtomobil var?

Bütün xəbərlər
Dünən, 14:21

Gəncədə ilin ilk rübündə əsas kapitala 26,4 milyon manat investisiya yönəldilib

Bütün xəbərlər
Dünən, 13:38

Stul, stəkan, xalça, ədyal – Gəncədə kişi qonşusunun evini qarət etdi

Bütün xəbərlər
Dünən, 13:03

"Braziliyanı DÇ-2026-da favoritlər siyahısında görmürəm" – Gəncəli veteran futbolçu

Bütün xəbərlər
Dünən, 11:52

"Gəncə" voleybol klubu məşqçi ilə yollarını ayırıb

Bütün xəbərlər
Dünən, 11:17

Gəncədə bağçada südlü düyünü düyüsüz verirlər - İDDİA

Bütün xəbərlər
Dünən, 09:52

Bu gün gəncəli Xalq şairinin doğum günüdür

Bütün xəbərlər
22 iyun 2026, 16:38

Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Bütün xəbərlər
22 iyun 2026, 13:17

Sabah dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
22 iyun 2026, 12:39

Gəncə İcra Hakimiyyətinin binasında yerləşən media qurumu BAĞLANDI

Bütün xəbərlər
22 iyun 2026, 12:04

Gəncəlilərin tənqidindən sonra "məşhur" obyekt qapılarını bağladı

Bütün xəbərlər
22 iyun 2026, 11:31

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Bütün xəbərlər
22 iyun 2026, 10:42

Göygöldə bələdiyyə sədrini döyən qazi həbsdən azad edilib

Tarix
21 iyun 2026, 21:01

Gəncə Dövlət Dram Teatrının tarixi

Bütün xəbərlər
21 iyun 2026, 18:29

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Tarix
21 iyun 2026, 15:02

Trolleybus: Gəncənin tarixə qovuşmuş nəqliyyat növü

Bütün xəbərlər
21 iyun 2026, 13:00

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Oxşar xəbərlər