Gəncədə sakin narkotikdən dünyasını dəyişib. Bu haqda 27 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Burada yerləşən evlərdən birində yaşayan 46 yaşlı Rəfael Hacızadə komatoz vəziyyətə düşüb. O, xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, kişi dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.