Gəncədə evdən meyit aşkarlanıb. Bu haqda Gencexeber.az 30 iyun tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə Şeyx Bahəddin küçəsində yerləşən evlərin birində baş verib. Cansız bədən bu ünvanda yaşamış 37 yaşlı Abbasov Natiq Şakir oğluna məxsusdur.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Araşdırma aparılır.