Gəncədə kişi özünü zəhərləyib. Bu haqda 17 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin 3-cü mikrorayonunda baş verib. Burada sakinlərdən biri, 37 yaşlı Natiq Məmmədov təmizləyici vasitə içib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məmmədova tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.