Samux Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər keçirib.
Gencexeber.az bildirir ki, keçirilən tədbirlər nəticəsində Sərkar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 3 ton 300 kiloqram çətənə kolu məhv edilib.