Gəncə futbol klubunun oyunçusu iş yerini dəyişib. Bu haqda 4 iyun tarixində Fanat.az-a istinadən xəbər veririk.
"Kəpəz"in yarımmüdafiəçisi Georgi Papunaşvilinin "Sumqayıt"a transferi reallaşıb. 28 yaşlı gürcü oyunçunun təmsilçimizlə müqaviləsinin müddəti bu ayın sonuna qədər nəzərdə tutulub. O, yeni komandaya azad agent qismində qoşulacaq.
Qeyd edək ki, 2023/2024 mövsümündə "Kəpəz" forması ilə Misli Premyer Liqasında 19 matça çıxan Papunaşvili 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 2 oyun keçirən futbolçu bu turnirdə 1 qolun ötürməsini verib.