Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 1 iyun tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb. 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda təcili yardım briqadası tərəfindən Gəncə Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.