Gəncədə bıçaqlanma hadisəsi baş verib. Apa xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
20 yaşlı E.Sadıqov mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası dərhal tikilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.