Gəncə Şəhər Birləşmiş Xəstəxanasında daha bir uğurlu əməliyyat keçirilib. Bu haqda 24 aprel tarixində ŞBX-yə istinadən xəbər veririk.
Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya 2 yaşlı (kişi cinsli) uşaq anadangəlmə sindaktiliya diaqnozu ilə yerləşdirilib. Müayinələri aparılan pasiyent həkim-travmatoloq-ortoped Rahib İsgəndərzadə və uzman həkim-reanimatoloq-anestezioloq Murad Musayev tərəfindən əməliyyat olunub.
Tibb ocağının peşəkar komandası tərəfindən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.