Gəncədə gənc pirotexniki vasitədən xəsarət alıb. Bu haqda 22 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 18 yaşlı A.Əhmədovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə o, sol əl nahiyəsindən ağır xəsarət alıb.
Gənc xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.