Ağstafa rayonunda bədbəxt hadisə baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. 2010-cu il təvəllüdlü Nəsiz Hüseynov yaşadığı evin həyətində elektrik naqilinin açıq qalan hissəsinə toxunan zaman cərəyan vurması nəticəsində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.