Bu gün şəhid Rəşad Məmmədovun doğum günüdür.
Gencexeber.az bildirir ki, Rəşad Fərəməz oğlu Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncədə doğulub. 34 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetində "Tarix" ixtisası üzrə ali təhsil alıb. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
2013-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kənd 1 saylı tam orta məktəbində, 2018-ci ildə isə Gəncə şəhər 16 saylı tam orta məktəbində müəllim kimi çalışıb.
2020-ci ildə Gəncə Dövlət Universitetinin "Azərbaycanın yeni və ən yeni tarixi" ixtisası üzrə magistr pilləsində təhsil almağa başlayıb.
Rəşad Məmmədov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Qubadlı və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Rəşad Fərəməz oğlu Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
O, ölümündən sonra Prezident tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.