Sentyabrın 5-6-da Göygöl rayonunun Üçbulaq kəndində keçiriləcək "III Moruq Festivalı"nda iştirak etmək istəyən vətəndaşların tədbir ərazisinə rahat gediş-gəlişinin təmin olunması məqsədilə xüsusi avtobuslar təşkil edilib.
Gencexeber.az məlumat verir ki, avtobuslar sentyabrın 5-6-da saat 10:00-dan etibarən Göygöl Rayon Avtovağzalının qarşısından yola düşərək vətəndaşları Üçbulaq kəndində yerləşən festival ərazisinə aparacaq.
Qeyd edək ki, "III Moruq Festivalı" çərçivəsində ziyarətçilərə müxtəlif çeşidli moruq məhsulları təqdim olunacaq, həmçinin yerli istehsalçıların məhsullarının sərgisi və müxtəlif əyləncəli proqramlar təşkil ediləcək.