top
AQTA fermerlərə çağırış edib
Dünən, 16:24
- +

AQTA fermerlərə çağırış edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, heyvan mənşəli məhsulların izlənilmə sisteminin qurulması, əhalinin sağlam, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət və tənzimləmə tədbirlərini genişləndirir.

Gencexeber.az-a bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində mövcud olan bütün heyvanların identifikasiya olunması qida zəncirində şəffaflığın, heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin və məhsulların izlənilməsinin təmin edilməsi üçün mütləq şərtdir. Fermerlər və heyvandarlıqla məşğul olan sahibkarlar bu prosesdə maksimum məsuliyyətli olmalıdırlar. Heyvanların identifikasiyası epizootik sabitliyin qorunmasına, xəstəliklərin vaxtında qarşısının alınmasına və istehlaka təqdim olunan heyvan mənşəli məhsulların və xammalın mənşəyinin məlum olmasına zəmanət verir.

Bununla yanaşı, heyvanların kəsimi yalnız qanunvericiliyin tələblərinə cavab verən, müvafiq sanitar-gigiyenik şəraitə, soyutma sistemlərinə və baytarlıq nəzarətinə malik heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, antisanitar və müvafiq icazəsi olmayan yerlərdə heyvan kəsimi qətiyyən yolverilməzdir.

Eyni zamanda, heyvan kəsimi məntəqələri olmayan regionlarda yeni, baytarlıq nəzarətində olan kəsim məntəqələrinin qurulması mühüm prioritet hesab edilir. Bununla əlaqədar, agentlik yerli icra nümayəndələrini və sahibkarları sıx əməkdaşlığa çağırır. Regionlarda sahibkarlar tərəfindən yeni, müasir kəsim məntəqələrinin formalaşdırılması, yerli icra orqanlarının isə bu prosesə zəruri təşkilati və infrastruktur dəstəyini göstərməsi bölgələrdə qanunsuz kəsim hallarının qarşısını alacaq.

AQTA qida zəncirində iştirak edən bütün tərəfləri qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə, məsuliyyət nümayiş etdirməyə və bu istiqamətdə həyata keçirilən islahatlara dəstək verməyə çağırır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncəli cüdoçu Macarıstanda ÇEMPİON OLDU

Bütün xəbərlər
Dünən, 17:46

Gəncədə şəhid övladlarına məktəb ləvazimatları hədiyə olunub

Bütün xəbərlər
Dünən, 17:09

TƏBİB açıqladı: Gəncədə pişik balalarını qorumaq üçün xəstəxanaya sığınıb

Bütün xəbərlər
Dünən, 15:19

Məşğulluq Agentliyinə 9 il əvvəl müraciət edib: Hazırda növbədə 2-cidir

Bütün xəbərlər
Dünən, 13:42

Sabah Gəncədə 29 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:32

Gəncədəki kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə icma əsaslı məktəbəqədər təhsil qrupları açılır

Bütün xəbərlər
Dünən, 12:31

"Məktəblərdə telefon qadağası təsadüfi deyil" - NAZİR

Bütün xəbərlər
Dünən, 11:56

Təmizlənir, yenidən çirkləndirilir – Gəncəçay problemi

Bütün xəbərlər
Dünən, 10:34

ATU-da yaşıl texnologiyaların tətbiqinə başlanıldı

Bütün xəbərlər
Dünən, 10:03

"Pişikləri çıxara bilmərik, günahdır" – Gəncə xəstəxanasında qəribə mənzərə

Bütün xəbərlər
08 sentyabr 2026, 17:18

Qatarın vurduğu 24 yaşlı gəncin başı telefona qarışıbmış

Bütün xəbərlər
08 sentyabr 2026, 16:46

Bu il 150 minə yaxın sərnişin Gəncə Hava Limanından istifadə edib

Bütün xəbərlər
08 sentyabr 2026, 14:18

Gəncədə sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
08 sentyabr 2026, 13:19

Gəncədə bir ildən çoxdur yolda yaranan çuxur təmir edilmir

Bütün xəbərlər
08 sentyabr 2026, 12:46

34 yaşlı qadını burun əməliyyatından sonra komaya salan cərrah qərardan NARAZIDIR

Bütün xəbərlər
08 sentyabr 2026, 11:26

Gəncəli yeniyetmə Yalovada beynəlxalq turnirdə iştirak edir

Bütün xəbərlər
08 sentyabr 2026, 10:54

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Bütün xəbərlər
08 sentyabr 2026, 09:57

Gəncədə 19 illik məktəb direktoru İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
08 sentyabr 2026, 09:25

XOŞ XƏBƏR: Cavad Rəfibəyli küçəsi yenə asfaltlanır

Bütün xəbərlər
07 sentyabr 2026, 17:37

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Bütün xəbərlər
07 sentyabr 2026, 15:53

Gəncəli şahmatçı Beynəlxaq yarışda birinci oldu

Oxşar xəbərlər