Gəncədə piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün işlər görülür. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şah İsmayıl Xətai prospektindən gedir. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarında “Meqa Mart” marketin qarşısındakı piyadaların hərəkəti üçün olan silinmiş “zebra” xətlərini yeniləyiblər.
Qeyd edək ki, şəhərin bir çox hissələrində piyada zolaqlarına ehtiyac var. Bir çox piyadalar yolu keçməkdə çətinlik çəkdiklərini bildirirlər.