top
Polisə müqavimət göstərdi, həbs olundu
13 dekabr 2025, 11:57
- +

Polisə müqavimət göstərdi, həbs olundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah saxlama, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elman Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Gencexeber.az-ın məlumatına görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, hadisə 2021-ci il iyulun 18-də Gədəbəy rayonu, Şəkərbəy kəndindəki çayxanada qeydə alınıb. Belə ki, Elman Cəfərov mübahisə zamanı həmkəndlisi, zərərçəkmiş Elburus Hüseynovun sifət nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarət yetirib. Bundan başqa, o, Gədəbəy RPŞ əməkdaşları tərəfindən evdə saxlanılarkən odlu silahla müqavimət göstərib. Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb. Axtarış zamanı Elman Cəfərovun yaşadığı evin yataq otağından döyüş sursatları aşkar edilərək götürülüb.
Elman Cəfərovun məhkəmədə verdiyi ifadəyə əsasən, Elburus Hüseynov bunlar oturduğu kafenin qapısını təpiklə açaraq ona yaxınlaşıb. Daha sonra "nərdtaxta"nın daşını onun üzərinə atıb masanı dağıdıb və onlara "Siz kimsiz? Lotusuz?" deyə bildirib. Elə bununla da mübahisə şiddətlənib və qeyd olunan hadisə baş verib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı şifahi vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işini materiallarından məlum olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cinayət Prosessual Məcəlləsinin bir neçə maddəsinin tələbləri kobud şəkildə pozulub. Ona görə də, o, məhkəmə kollegiyasından qanuna müvafiq qərar qəbul edilməsini, yəni birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsini xahiş edib. Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib. 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə Elman Cəfərov 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:34

Gəncədə qətlə yetirilən kişi ilə bağlı daha iki nəfər həbs olundu

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə sahibsiz itlərə görə sakinlərin narahatlığı SƏNGİMİR

Bütün xəbərlər
Bu gün, 11:06

Yol polisi velosipedçilərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 09:41

Azərbaycanda ən çox pul xərcləyən ailələr

Bütün xəbərlər
Bu gün, 09:03

Kürdə batan 17 yaşlı gəncəli qızın cansız bədəni tapıldı

Bütün xəbərlər
Dünən, 19:00

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Bütün xəbərlər
Dünən, 17:00

Arvadını məscidin qarşısında amansızlıqla öldürdü - DETALLAR

Bütün xəbərlər
Dünən, 16:22

SSR-i dövründə Gəncədə sökülən Səfərabad məscidi

Bütün xəbərlər
08 avqust 2026, 16:58

"III Moruq Festivalı" keçiriləcək

Bütün xəbərlər
08 avqust 2026, 15:59

Bazar günü Gəncədə 40 dərəcə isti olacaq

Bütün xəbərlər
08 avqust 2026, 14:11

Gəncədə oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik HƏBS EDİLDİ

Bütün xəbərlər
08 avqust 2026, 11:06

Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

Bütün xəbərlər
08 avqust 2026, 10:48

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün xəbərlər
08 avqust 2026, 10:12

Təpiklənən qadın hakim qarşısında sevgilisini bağışladı

Bütün xəbərlər
08 avqust 2026, 09:31

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 18:00

3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Bütün xəbərlər
07 avqust 2026, 17:21

Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər
07 avqust 2026, 16:05

İsrail səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
07 avqust 2026, 15:14

Güllələnən bibi və qardaşı oğlunun FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
07 avqust 2026, 15:06

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

Bütün xəbərlər
07 avqust 2026, 14:38

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
07 avqust 2026, 13:35

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Bütün xəbərlər
07 avqust 2026, 13:03

DOS-84 ərazisindəki ağır sanitar vəziyyət aradan qaldırıldı

Bütün xəbərlər
07 avqust 2026, 12:26

Hər bir Gəncə sakini ildə 120 kilo tərəvəz yeyir

Oxşar xəbərlər