Gəncədə Heydər Əliyev prospektində qəza baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hərəkətdə olan iki minik maşını toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.