Gəncədə obyektlərdən birinin qarşısına sahibkar tərəfindən maneələr qoyulub. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Atatürk prospektində müşahidə olunur. “AZZA” şirniyyat evi və yanında yerləşən gözəllik salonunun qarşısında konuslar qoyulub. Sakinlər bildirirlər ki, hər iki obyektin sahibi olan qadın yolu qanunsuz olaraq zəbt edib. Onların sözlərinə görə, həmin ərazidə yalnız sahibkara aid nəqliyyat vasitələrinin saxlanmasına icazə verilir.
Bu hal vətəndaşların narazılığına səbəb olub.
“Hər iki obyekt bir qadına məxsusdur. Onları icarəyə verib. Qarşısına da maneələr yerləşdirib. Həmin konusları götürüb ərazidə avtomobil saxlayanda dərhal çıxaraq parkinqə icazə vermədiyini bildirir. Bu qanunsuzluğun aradan qaldırılmasını istəyirik”, - deyə sakinlər qeyd ediblər.