Şəhər sakini narkotik üstündə saxlanılıb. Bu haqda Gencexeber.az-a 30 yanvar tarixində məlumat daxil olub.
Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda “Toyota” markalı avtomobil saxlanılıb. Buna səbəb maşının işıq cihazlarından düzgün istifadə edilməməsi olub.
Sürücü, Gəncə şəhər sakini Murad İbrahimovun sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Faktla bağlı protokol tərtib edilib.
Şəmkir rayon məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.