24.8 C
Gence
24.8 C
Gence

Gəncədə küçənin işıqlandırılmaması sürücülər və piyadalar üçün təhlükə yaradır

Gəncənin bəzi küçələri axşam saatlarında işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 3 yanvar tarixində məlumat daxil olub.

Onlardan biri Həsən Əliyev küçəsidir. Yaxınlıqda 4 nömrəli tam orta məktəb yerləşir. Sakinlərin sözlərinə görə bir neçə aydır ki, yolun kənarında quraşdırılan işıq dirəkləri işləmir. Bu hal həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.

“Qış vaxtıdır, hava tez qaralır. Biz işdən, uşaqlar dərsdən qayıdanda qaranlıq küçədən keçməli oluruq”- deyə, sakinlər bildirib. Sürücülərin sözlərinə görə, piyadaların çoxu tünd rəngdə paltar geyindiyindən, onları görməkdə çətinlik çəkirlər. Bu da qəzaya yol aça bilər.

 

Ən Çox Oxunan