Yeni Gəncə qəsəbəsində ara küçələrin, məktəbə gedən yol baxımsızdı. Bu haqda 26 noyabr tarixində məlumat daxil olub.
Təqdim olunan foto və video materialda binaların qarşısında yol infrastrukturunun olmaması müşahidə edilir. Küçələr natəmiz haldadır.
Videoda 2 saylı orta məktəbin arxa tərəfi lentə alınıb. Sakinlərin və balacaların yolu zibilliyin yanından keçir. Orada yaşayan bəzi sakinlərin dediyinə görə, səhərlər məktəblilər tullantıları yara-yara hərəkət edirlər.