Gəncə təmsilçisi iki üzvü ilə yollarını ayırıb. Bu haqda 8 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
Söhbət “Kəpəz”in oyunçuları: Rüfət Əhmədov və Latir Faldan gedir. Hər iki futbolçu ilə olan müqavilə yekunlaşıb və onlar komandanı tərk ediblər.
Xatırladaq ki, Əhmədovu “sarı-göylər” “Qəbələ”dən birillik icarəyə götürmüşdü. Seneqallı Latir Fal isə komandamıza Portuqaliyanın “Eştrela” klubundan gəlmişdi.