24.1 C
Gence
24.1 C
Gence

Gəncəli taekvondoçular Respublika birinciliyində 1-ci və 3-cü yerə çıxıblar

Gəncəli idmançılar Respublika birinciliyində ilk üç yerə layiq görülüblər. Bu haqda 3 dekabr tarixində Azərbaycan Taekvondo Federasiyası məlumat paylaşıb.

Gənclər arasında keçirilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Gəncədən qızlar arasında 52 kq üzrə Səma Hüseynova, oğlanlar arasında +78 kq üzrə Əbdürəhman Hüseynov üçüncü yerə, oğlanlar arasında -78 kq üzrə Göydəniz Hüseynov isə birinci yerə çıxıblar.

Ən Çox Oxunan