Gəncədə 2-ci 108 saatlıq pedaqoji kurs start götürüb. Bu haqda Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.
Kursun məqsədi İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlərin erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılmasıdır. 3 ay davam edəcək layihə yalnız həftə sonları təşkil ediləcək.
Qeyd edək ki, 108 saatlıq pedaqoji kurs ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.