25.8 C
Gence
25.8 C
Gence

Gəncədə İcra Hakimiyyəti bir sıra gənci təltif edib

Gəncədə bir sıra gənc təltif olunub. Bu haqda 3 fevral tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

2 Fevral Gənclər Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında tədbir keçirilib. İlk öncə gənclərin əsərlərindən ibarət sərgi nümayiş olunub. Türkiyənin  Gəncədəki Baş konsulu Zeki Öztürk və Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili gəncləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Daha sonra bir qrup gənc şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

 

Ən Çox Oxunan