25.4 C
Gence
18.5 C
Ganja

Gəncəçay məcrasında iməcilik keçirilib

Gəncəçayın məcrası təmizlənib. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

İşlər Gəncəçayın şəhərin Mirzə Abbas Abbaszadə küçəsindən keçən hissəsində aparılıb. İməcilik zamanı alaq otları biçilib, məişət tulantıları və xəzəllər bir yerə yığılaraq təyin olunan yerə daşınıb.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin əməkdaşları çayın ətrafına yığılan zibilləri ərazidən kənarlaşdırıblar.