top
“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” - EKSPERTDƏN ÖZƏL AÇIQLAMA
18 yanvar 2025, 13:12
- ↺ +

“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” - EKSPERTDƏN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Xəbər verdiyimiz kimi AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Özünü “Kapital bank”ın işçisi olaraq təqdim edən şəxs 80 507 manat pulu mənimsəyib.

Bu məsələ insanlar arasında narahatlığa səbəb olub. Hər kəs bu kimi irihəcmli əməliyyatın necə həyata keçirildiyi sualı ətrafında düşünür. Məsələni aydınlaşdırmaq üçün Gencexeber.az-ın əməkdaşı bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, ümumiyyətlə son illər ərzində vətəndaşlarımızın kart hesablarından pulun çəkilməsi məlumatları ilə qarşılaşırıq:

“Bu kimi hallar get-gedə artır. Bəzən də onlayn kredit götürmək adı ilə aldadırlar. Bu dələduzluq əməllərində ən çox adı çəkilən banklar “Kapital bank” və “Beynəlxalq bank”dır. Elə həftə yoxdur ki, bu kimi problemlə bağlı hansısa vətəndaş mənə müraciət etməsin.

Hətta 26 dekabr tarixində ekspertlərin Mərkəzi Bankın sədri ilə görüşləri keçiriləndə Taleh Kazımova bu sualı ünvanlamışam. Bildirdim ki, hər gün bu problem çıxır. Əsas problemlər elə böyük banklardadır. Taleh Kazımov bu məsələni nəzarətə götürdüyünü və bankların qüsurunun maarifləndirmə işi aparmamaqları olduğunu söylədi. Dedi, əməliyyatlar böyük banklarda çox olduğu üçün problemlər də həmin banklarda olur.

Orta və xırda banklardan heç kəs belə müraciət etmir. Bəzi banklar üzrə belə müraciətlər ümumiyyətlə yoxdur. Əsas iki bank ilə bağlı bu müraciətlər gəlir. Bəzən vətəndaşların öz günahları da var. Zəng edirlər. Deyir, bankın işçisiyəm. Ona bütün məlumatlarını ötürür”.

Ekspert qeyd edib ki, banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb:

“Banklarda təhlükəsizlik mexanizmləri olmalıdır. Müəyyən əməliyyatları şübhəli görəndə onların keçirilməsinə imkan verməməlidirlər. Banklarda limitlər olmalıdır. Bir əməliyyatdan 80 min pul çıxarılır. Az məbləğ deyil. Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb. Bank irihəcmli əməliyyatları yoxlamalı və SMS göndərməlidir.

Əsas problem odur ki, böyük banklar müştəri və məbləğ həcminin ardıyca qaçırlar. Buna görə də onlarda təhlükəsiz sistemləri yoxdur. Bu məsələləri qətiyyən fikirləşmirlər. Üzərilərinə götürdükləri bu həcmi həzm edə bilmirlər”.

“Mən inanıram ki, Milli qəhrəman Hökümə Əliyevanıın ailəsində olan problem həllini tapacaq. Ona kompensasiya ödəniləcək. Lakin inanmıram ki, o pulu oğurlayanı müəyyən edəcəklər. Bu kimi əməllər adətən xaricdən edilir. Onlarla, yüzlərlə kompensasiya ödənilməyən şəxslər var ki, hətta məhkəmə iddiaları təmin edilmir. Vətəndaşın məlumatı olmadan onlayn kredit verənlər də olub. Bu sahədə bank sistemimiz çox bərbaddır”, - deyə sonda Ə.Həsənov fikrini tamamlayıb.

Məsələ ilə bağlı Gencexeber.az–ın əməkdaşı “Kapital Bank”a sorğu ünvanlayıb.

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Arzu Əliyeva Gencexeber.az- a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılıb:

“Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”.

DİN Mətbuat Xidmətindən isə bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:18

Hollivud ulduzuna mükafatı gəncəli Xalq artistinin nəvəsi təqdim edib

Bütün xəbərlər
Dünən, 15:02

Azərbaycanda yeni cərimələr – 250 manatdan 1050 manata kimi...

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq, külək əsəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:22

Azərbaycanda əhalinin gəlirlərinin cəmi 2,4 faizi qənaətə yönəlib

Bütün xəbərlər
Dünən, 12:44

Gəncədə partlayan su borusu bir aydan çoxdur təmir edilmir

Bütün xəbərlər
Dünən, 12:10

Bəzi həkimlərə rütbələr veriləcək

Bütün xəbərlər
Dünən, 11:08

Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Dünən, 10:32

Gəncədə hava soyuduqca qazın təzyiqi aşağı düşür - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 09:55

Yeni Ombudsman namizədləri onlardır

Bütün xəbərlər
Dünən, 09:45

Gəncəli Şuşa fatehlərinin doğum günüdür…

Bütün xəbərlər
29 oktyabr 2026, 22:37

Gəncəli məktəbli Mədinə Rəfibəylinin ilk romanı işıq üzü görüb

Bütün xəbərlər
29 oktyabr 2026, 17:12

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Bütün xəbərlər
29 oktyabr 2026, 16:41

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Bütün xəbərlər
29 oktyabr 2026, 15:33

Barışıq üçün getdiyi evdə qətl törətdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
29 oktyabr 2026, 14:42

Gəncə Memorial Kompleksinin ərazisi təmizlənib

Bütün xəbərlər
29 oktyabr 2026, 13:28

Gəncədə qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
29 oktyabr 2026, 12:44

Gəncədə eyni gündə dünyaya gəldilər, Vətən üçün şəhid oldular…

Bütün xəbərlər
29 oktyabr 2026, 12:13

Tələbəmiz Azərbaycan çempionatında fərqləndi

Bütün xəbərlər
29 oktyabr 2026, 11:02

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
29 oktyabr 2026, 10:32

Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
29 oktyabr 2026, 10:04

Gəncəlilər 18 nömrəli avtobus xəttindən NARAZIDIR

Bütün xəbərlər
29 oktyabr 2026, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

KCİ-nin 78 yaşlı sədrinin Azərbayacandan çıxışına QADAĞA

Bütün xəbərlər
28 oktyabr 2026, 17:35

Azərbaycanda nikahların sayı azalır

Oxşar xəbərlər