top
Zaqafqaziyanın ilk SSRİ Xalq artisti: Gəncəli Adil İsgəndərov
17 yanvar 2022, 13:30
- +

Zaqafqaziyanın ilk SSRİ Xalq artisti: Gəncəli Adil İsgəndərov

Adil (Ədil) İsgəndərov 5 may 1910-cu ildə Gəncədə bəy ailəsində anadan olub.

O, 1920-ci ildən Gəncədə pioner evində özfəaliyyət dərnəyinə qoşulub. 13 yaşında Adil "Qaçaq Kərəm" tamaşasını qurub və "Kərəm" obrazını özü oynayıb. Adil 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunun rejissor-aktyor bölməsində təhsil alıb. O, 1936-cı ildə  A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib və oxuduğu illərdə E.Vaxtanqov adına Moskva Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Adil İsgəndərov Bakıya qayıdıb, indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına (Azdrama) baş rejissor, sonra direktor təyin olunub. O, 1960-cı ilə kimi Dram teatrında fəaliyyət göstərib və onun dövründə "Azdrama"ya,  "Adil İsgəndərov teatrı" deyilib. İsgəndərov ömrünün sonunadək İncəsənət İnstitutunda dərs deyib. Həmçinin o, 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edib.

İsgəndərov "Vaqif", "Həyat", "Fərhad və Şirin", "Xanlar", "Od gəlini" kimi tamaşaları səhnələşdirib. Onun "Vaqif" tamaşası teatrın səhnəsində 1064 dəfə oynanılıb. Adil İsgəndərovun səhnələşdirdiyi "Otello" tamaşası dünyada tanınıb. "Otello" tamaşasında "Otello" rolunu canlandıran Ələsgər Ələkbərovun şəkli İngiltərənin Stratfor şəhərində yerləşən Şekspir muzeyində saxlanılır. Moskvada isə tamaşanı seyr edən ingilislər onu lentə alıblar.

İsgəndərov, həmçinin aktyor kimi də fəaliyyət göstərib. 1956-cı ildə Adil ilk dəfə Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmində Qoçu roluna çəkilib. O, "Uzaq sahillərdə", "Qara daşlar", "Məhəbbətim mənim, kədərim mənim" və s. filmlərdə rol alıb.

İsgəndərovun aktyor kimi ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı "Kərbəlayı İsmayıl" obrazı hesab edilir. O, bu rola görə Ümumittifaq festivalının "Kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olub.

Adil İsgəndərov yalnız "Əhməd haradadır?" filminin quruluşçu rejissoru olub.

İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.

Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

Mənbələr:


  1. Azərbaycanın görkəmli teatr və kino xadimi Ədil İsgəndərov: Biblioqrafiya. Bakı-2010.

  2. Xalq qəzeti.- 2010.- 14 mart.- S. 8.

  3. http://kinobiz.az/celebrity/adil-isg%C9%99nd%C9%99rov/

  4. https://m.modern.az/az/news/196319/bir-esre-sigmayan-adil-rejissor

  5. https://medeniyyet.az/page/news/18769/Adil-bir-rejissor-vardi-.html

  6. https://www.youtube.com/watch?v=YTWMD3Lpgw4

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər