top
Öz vəsaiti hesabına Gəncəni abadlaşdıran maarifçi Əsgər ağa Gorani
30 noyabr 2023, 16:00
- +

Öz vəsaiti hesabına Gəncəni abadlaşdıran maarifçi Əsgər ağa Gorani

Əsgər ağa Haqvеrdi bəy oğlu Adıgözəlov 3 may 1857-ci ildə Gəncə (Yelizavetpol) qəzasının Goran kəndində anadan olub. O, tarixçi, “Qarabağnamə”nin müəllifi olan Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. Adıgözəlov “Əsgər ağa Gorani” kimi tanınıb.

İlk təhsilini Gəncə rus məktəbində alan Əsgər ağa sonra Bakı Şəhər Gimnaziyasını bitirib, daha sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra Vətənə dönən Əsgər ağa Gorani quberniya katibi, mülki müşavir vəzifələrində çalışıb. O, Yelizavetpol quberniyası qəza hakiminin köməkçisi, Tiflis Dairə Məhkəməsinin prokuroru, beş il ərzində Gəncə Bələdiyyə İdarəsinin rəisi, Yelizavetpolda Mixaylovsk Məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib.

Əsgər ağa Gorani hələ Bakı Şəhər Gimnaziyasında təhsil alarkən öz istedadı ilə gimnaziyanın müəllimi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin diqqətini cəlb edir. 1873-cü il martın 10-da maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsü ilə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası qoyulur. Bir ay sonra isə “Hacı Qara” tamaşası oynanılır. Əsgər ağa Gorani hər iki əsərdə iştirak edərək ilk dəfə səhnədə Teymur ağa və Hacı Qara obrazlarını yaradır.

Əsgər ağa Gorani publisist kimi də fəaliyyət göstərib. “Əkinçi” qəzetinin 17 nömrəsində onun həm öz adı, həm də digər müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qələmə aldığı “Qocalıqda yorğalıq” pyesi uzun illər teatrların repertuarına daxil idi. “Qara yel” romanı sonralar dünyanın 20-dən artıq dilinə tərcümə olunmuşdur.

Ömrünün son 5 ilində Gəncə Şəhər Bələdiyyəsinin sədri işləyən Əsgər ağa Gorani özünün maarifçilik və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. Onun təşəbbüsü və vəsaiti ilə Gəncədə dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, Nizaminin qəbri təmir olunub. O, Gəncədə öz hesabına qızlar məktəbi açıb.

Əsgər ağa Gorani 9 mart 1910-cu ildə vəfat edib və Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub. Burada onun türbəsi yerləşir.

Mənbələr:


  1. Tarverdiyeva K. M. Əsgər ağa Gorani. Bakı-1977

  2. Театральная энциклопедия. Том 1. Москва-1961

  3. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  4. http://www.anl.az/down/meqale/azadliq/2012/oktyabr/272954.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər