top
Yaradıcılığının çox hissəsini Türkiyə ədəbiyyatına həsr edən gəncəli alim: Əkbər Babayev
17 avqust 2023, 16:00
- +

Yaradıcılığının çox hissəsini Türkiyə ədəbiyyatına həsr edən gəncəli alim: Əkbər Babayev

Əkbər Ağarza oğlu Babayev 10 iyul 1924-cü ildə Gəncədə anadan olub.

O, orta məktəbi bitirdikdən sonra, 1939-cu ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. İkinci Dünya müharibəsi başladığından Babayev hərbi-tərcüməçilik ixtisasına dəyişilir. Buranı bitirib, Əkbər Babayev cəbhəyə yollanır. 1942-ci ildə o, Xarkov ətrafında gedən döyüşlərdə ağır yaralanır və ordudan tərxis olunur. Sağaldıqdan sonra isə Bakıya qayıdıb, təhsilini davam etdirir. Əkbər Babayev təhsil aldığı müddətdə Azərbaycan Radio Verilişləri Komitəsində çalışır.

Babayev 1946-cı ildə Moskvaya gedir, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Türk şöbəsi” nəzdində aspiranturaya daxil olur. Həmçinin Moskva Radio Verilişləri Komitəsində çalışır. Babayev ömrünün sonunadək Şərqşünaslıq İnstitutunun əməkdaşı olur.

Əkbərin atası, müəllim Ağarza 1947-ci ildə “pantürkist” adı ilə həbs edilir. Atasının həbs olunması Əkbər Babayevin təhsilinə maneələr yaratsa da, o, təhsilini başa vurur.

1951-ci ildə türk yazıçısı Nazim Hikmət Moskvaya səfər edir. Həmin vaxt Əkbər Babayev Nazim Hikmətin yaradıcılığı mövzusunda dissertasiya üzərində işləyirdi. Babayevə dissertasiyanı müdafiə etməsi üçün Nazim Hikmətlə əlaqə yaratmağa icazə verilir.

Əkbər Babayev bir çox elmi əsərlərini Türkiyə ədəbiyyatı və mədəniyyətinə həsr edib. O, Nazim Hikmətin 8 cildlik əsərləri toplusunun nəşrinə rəhbərlik edib. Alim, hətta Nazim Hikmətlə Gəncəyə səfər edib. Əkbər Babayev türk yazıçılarının əsərlərini rus dilinə tərcümə edib. Ömrünün son illərində Moskvada Əkbər Babayevin 8 kitabı çap olunub. Bunların arasında Nazim Hikmətin yaradıcılıq yolunu işıqlandıran monoqrafiya var. Həmin əsər Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub.

1970-ci illərdə Türkiyə Yazarlar Birliyinin sədri Əziz Nesin və Fazil Hüsnü Babayevə ölkəyə gəlmək üçün dəvət göndərirlər. Lakin ona Türkiyəyə getməyə icazə verilmir.

Əkbər Babayev ağır xəstəlikdən sonra - 12 sentyabr 1979-cu ildə Moskva şəhərində vəfat edib.

Mənbələr:


  1. Gəncə böyük hərflə. №3. 2006.

  2. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.

  3. Teymur Əhmədov. Azərbaycan yazıçıları. Bakı-2011.

  4. https://medeniyyet.az/page/news/49099/.html?lang=az

  5. http://garadagh.cls.az/more/text/85427

  6. https://525.az/?name=xeber&news_id=26596#gsc.tab=0

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər