top
Uzun illər Gəncədə yaşayıb-yaradan Rövşən Behcətin anım günüdür
19 avqust 2023, 10:30
- +

Uzun illər Gəncədə yaşayıb-yaradan Rövşən Behcətin anım günüdür

Rövşən Behcət 17 mart 1945-ci ildə Təbrizdə anadan olub. Onun atası 1938-ci ilə qədər Gəncədə yaşayıb, lakin repressiya illərində Təbrizə köçmək məcburiyyətində qalıb. 1961-ci ildə ailə gizli yolla yenidən Arazı keçib, Gəncəyə qayıdıb.

Rövşən Gəncədə təhsilini gecə məktəbində alıb. O, ailəsinə kömək etmək məqsədilə Alüminium Zavodunda işləyib. Behcət zavodun bədii özfəaliyyət kollektivinə üzv olub. Bir gün gənclərin yığışdığı məclisdə o zamanın məşhur mahnılarından olan “Ya Mustafa”nı oxuyur. İfası hamı tərəfindən bəyənilir və o, bundan sonra bütün tədbirlərə dəvət edilir.

Rövşən bir qədər sonra respublika üzrə özfəaliyyət baxışında iştirak edir. Azərbaycan dilində mahnı bilməməsi və ifa tərzinin fars boğazlarına aid olması ona maneə yaradır, lakin artıq tanınan ifaçı Gəncə mədəniyyət evinə dəvət olunur, toylara, şənliklərə, festivallara çağırılır. 1967-ci ildə keçirilən festivalda “Dəşti” təsnifinin ifasına görə qızıl medal qazanır, 1968-ci ildə isə Ümumdünya Gənclər Festivalının onluğuna düşür.


  1. Behcətə böyük uğur gətirən çıxışı isə Bakıda keçirilən “Gəncə günləri” zamanı olur. Bundan sonra o, 1969-cu ildə yaradılan “Göygöl” ansamblında çalışmağa başlayır. Behcət 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə xarici ölkələrə gedə bilir və SSRİ respublikalarında, Almaniyada, Meksikada konsertlərdə iştirak edirdi.


Behcət “Gəl, inad etmə”, “O yana döndər məni”, “Dözə bilmirəm”, “Cavab gözləyirəm”, “Hacıkəndə gedən yollar” mahnılarını ifaları ilə tanınır. Bəstəkar Cahangir Cahangirov Behcət üçün “Göygöl” mahnısını yazmışdı. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. “Qızıl fond”da saxlanılır.

1993-cü ildə muğənni iflic olub və “Göygöl” ansamblında fəaliyyətini dayandırıb. Sənətkar iki il sonra yenidən “Göygöl”ə dəvət edilib, lakin 2000-ci ildə ansamblı tərk edib. Behcət uzunmüddətli fasilədən sonra Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində yaradılan “Neftçi” ansamblına işə düzəlib, lakin bu ansamblın da ömrü uzun olmur.

2007-ci ildə R. Behcətin həyat və yaradıcılığından bəhs edən “Yorulmamışam” filmi çəkilib.

Rövşən Behcət 19 avqust 2011-ci ildə Bakıda vəfat edib və uzun illər yaşadığı və yaratdığı Gəncədə, İmamzadə qəbiristanlığında dəfn edilib.

Mənbələr:


  1. http://www.anl.az/down/meqale/medeniyyet/2012/avqust/256960.htm

  2. https://kulis.az/xeber/edebi-tenqid/-1605


Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər