top
Trolleybus: Gəncənin tarixə qovuşmuş nəqliyyat növü
08 dekabr 2024, 20:00
- +

Trolleybus: Gəncənin tarixə qovuşmuş nəqliyyat növü

 

XX əsrin ortalarında Gəncədə yeni sənaye müəssisələrinin və əhalinin sayının artması ilə daha geniş ərazini əhatə edən nəqliyyat növünə ehtiyac var idi. O zamanlar Gəncədə konkanı sıradan çıxarmış tramvaylar işləyirdi. 1 may 1955-ci ildə açılmış yeni nəqliyyat növü – trolleybus tramvayın qəniminə çevrildi. Bu rəqabət 1976-cı ildə tramvayın ləğv edilməsi ilə nəticələndi.

Gencexeber.az məlumat verir ki, 1980-ci illərin ortalarında Gəncədə trolleybuslar artıq 8 marşrut xətti üzrə hərəkət edirdi. Xətlərin ümumi uzunluğu isə 112.9 kilometrə çatdırılıb. Şəhərdə sovet modeli olan “MTB-82”, “ZİU-5” və “ZİU-9” trolleybusları ilə yanaşı, Çexoslovakiyanın (Çexiya və Slovakiya) “Scoda-9” və “Scoda-14” trolleybusları da işləyib.

Bütün SSRİ-də olduğu kimi, Gəncə şəhərində də trolleybusa 1990-cı illərdə tələbat azaldı. Baxımsızlıq və yeni texnikanın alınmaması səbəbindən trolleybuslar köhnəlib yararsız hala düşdü. Şəhər rəhbərliyi də marşrut taksilərinin sayını artırmaq üçün trolleybus xətlərinin sayını azaldıb.

XXI əsrdə isə trolleybuslar çətin şəraitdə işləməyə məcbur oldular: sürücülər tez-tez elektrik kəsintisi və kontakt xəttindəki mis naqillərin oğurlanması ilə üzləşiblər. Trolleybusların sonuncu xətti dəmir yol vağzalı ilə şəhərin bəzi məhəllələrini əlaqələndirirdi və burada cəmi 10 maşın çalışıb.

2004-cü ildə Gəncədə trolleybuslar tamamilə ləğv edilib. İlin axırında sonuncu kontakt xətti də sökülüb. Trolleybuslar isə bir müddət sonra metaləritmə müəssisələrinə göndərilib.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər