top
Trolleybus: Gəncənin tarixə qovuşmuş nəqliyyat növü
22 avqust 2023, 11:17
- +

Trolleybus: Gəncənin tarixə qovuşmuş nəqliyyat növü

XX əsrin ortalarında Gəncədə yeni sənaye müəssisələrinin və əhalinin sayının artması ilə daha geniş ərazini əhatə edən nəqliyyat növünə ehtiyac var idi. O zamanlar Gəncədə konkanı sıradan çıxarmış tramvaylar işləyirdi. 1 may 1955-ci ildə açılmış yeni nəqliyyat növü - trolleybus tramvayın qəniminə çevrildi. Bu rəqabət 1976-cı ildə tramvayın ləğv edilməsi ilə nəticələndi.

1980-ci illərin ortalarında Gəncədə trolleybuslar artıq 8 marşrut xətti üzrə hərəkət edirdi. Xətlərin ümumi uzunluğu isə 112.9 kilometrə çatdırılmışdı. Şəhərdə sovet modeli olan “MTB-82”, “ZİU-5” və “ZİU-9” trolleybusları ilə yanaşı, Çexoslovakiyanın (Çexiya və Slovakiya) “Scoda-9”  və “Scoda-14” trolleybusları da işləyirdi.

Bütün SSRİ-də olduğu kimi, Gəncə şəhərində də trolleybusa 1990-cı illərdə tələbat azaldı. Baxımsızlıq və yeni texnikanın alınmaması səbəbindən trolleybuslar köhnəlib yararsız hala düşdü. Şəhər rəhbərliyi də marşrut taksilərin sayını artırmaq üçün trolleybus xətlərinin sayını azaltdı.

XXI əsrdə isə trolleybuslar çətin şəraitdə işləməyə məcbur oldular: sürücülər tez-tez elektrik kəsintisi və kontakt xəttindəki mis naqillərin oğurlanması ilə üzləşirdilər. Trolleybusların sonuncu xətti dəmir yol vağzalı ilə şəhərin bəzi məhəllələrini əlaqələndirirdi və burada cəmi 10 maşın işləyirdi.

2004-cü ildə Gəncədə trolleybuslar tamamilə ləğv edildi. İlin axırında sonuncu kontakt xətti də söküldü. Trolleybuslar isə bir müddət sonra metaləritmə müəssisələrinə göndərildi.

Mənbələr:


  1. https://avtosfer.az/az/maraqli/gence-trolleybusu-45-yasini-qeyd-ede-bilmedi-foto-200021

  2. https://www.youtube.com/watch?v=VAgzPk9GhgY

  3. https://transphoto.org/city/388/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər