top
İtaliyada vuruşmuş gəncəli partizan “Armando”
09 may 2023, 10:00
- +

İtaliyada vuruşmuş gəncəli partizan “Armando”

22 iyun 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başladı. Sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınıb, lakin bəziləri qaçaraq müqavimət hərəkatına - partizan dəstələrinə qoşulub. Belə döyüşçülər sırasında gəncəli Ənvər Abbaszadə də var idi.

Ənvər Abbaszadə 9 may 1912-ci ildə maarifçi Mirzə Abbas Abbaszadənin ailəsində anadan olub.

O, 1941-ci ildə hərbi xidmətə çağırılıb, Gürcüstanda təlim keçib. Leytenant rütbəsinə yüksələrək Ukraynaya göndərilib, Sevastopol, Nikolayev, Herson, Priluk şəhərlərində xidmət edib. 1942-ci ilin sonlarında Abbaszadə Kerç ətrafında 150 minə yaxın zabit-əsgərlə bərabər alman faşistlərinə əsir düşüb, düşərgələrdə böyük işgəncələrə məruz qalıb.

1943-cü ilin aprelində Abbaszadə İtaliyaya aparılıb. O, fürsət taparaq 10 nəfərə yaxın zabitlə oradan qaçıb, Piyaçensa şəhəri ətrafındakı meşədə fəaliyyət göstərən partizan dəstəsinə qoşulub. Abbaszadə təxribat əməliyyatlarında və hərbi məlumatların ələ keçirilməsində fəal iştirak edib. O, öz ətrafına əsirlikdən qaçan başqa əsgərləri toplayaraq onları mübarizəyə ruhlandırıb. Partizan İtaliyanın şəhərlərində müxtəlif əməliyyatlar aparıb, həmçinin Borqonova, Kastel San Covani və Piyaçensa adlı ərazilərdə alman işğalçılarının avtomaşınlarını məhv edərək, cürbəcür sabotajlar edib.

İtaliyanın milli qəhrəmanı Ənvər Abbaszadə cəbhə dostları arasında “Armando” ləqəbi ilə çağırılıb. O, xidmətinə görə Millətlər Birliyinin Hökumət və Xalqlarının Baş Komandanlıqları adından dəfələrlə təşəkkürnamələrlə təltif olunmuşdur.

Müharibə qurtardıqdan sonra digər zabitlərlə birlikdə SSRİ-yə qayıdan Ənvər həbs edilərək Ufa şəhərinə aparılıb, işgəncələrə məruz qalıb. 4 ay orada saxlanıldıqdan sonra Abbaszadə 1945-ci ildə Gəncəyə gətirilib. O, xalq düşməni kimi ittiham olunub və 1950-ci ildə Yakutiya Respublikasının Aldan rayonuna 6 il müddətinə sürgün edilib, 1955-ci ildə sürgündən Gəncəyə qayıdıb.

Ənvər Abbaszadə 1984-cü ildə vəfat edib. Hazırda qəhrəmanın yaşadığı Ozan küçəsində, 20 nömrəli evin fasadına barelyefləri vurulub.

Mənbələr:


  1. Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə-2013.

  2. https://525.az/news/56609-genceli-maarifcinin-partizan-ovladi-italiya-qehremani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:37

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bütün xəbərlər
Bu gün, 09:02

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün xəbərlər
Bu gün, 08:47

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 18:00

Burun əməliyyatından sonra komaya düşən qızın həkimi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 17:24

Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb

Bütün xəbərlər
Dünən, 16:49

Gəncədə qatar avtomobilə çırpılıb

Bütün xəbərlər
Dünən, 16:08

İxtisas qruplarında keçid BALLARI DƏYİŞƏCƏK - Məleykə Abbaszadə

Bütün xəbərlər
Dünən, 14:36

35 yaşlı narkotacir tutulub

Bütün xəbərlər
Dünən, 13:41

"Cücələrim" mahnısının bəstəkarı – Qəmbər Hüseynlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:03

Gəncə ilə Oş qardaş şəhər oldu

Bütün xəbərlər
Dünən, 10:22

Gəncə bulvarında uşaq meydançası nəzarətsiz qalıb

Bütün xəbərlər
Dünən, 09:34

Gəncədə doğuldu, Azərbaycanın hüquq tarixində iz qoydu

Bütün xəbərlər
30 iyul 2026, 16:38

Yeni asfaltlanan Cavad Rəfibəyli küçəsinin sol halı

Bütün xəbərlər
30 iyul 2026, 16:09

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
30 iyul 2026, 13:09

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
30 iyul 2026, 12:51

Gəncədə LAQEYDLİK piyadaların həyatını RİSKƏ ATIR

Bütün xəbərlər
30 iyul 2026, 12:04

Gəncədə neçə pensiyaçı var?

Bütün xəbərlər
30 iyul 2026, 11:22

Sabiq deputatımız iş tapa bilmir

Bütün xəbərlər
30 iyul 2026, 10:39

FHN Gəncədə yanğın-taktiki təlim keçirdi

Bütün xəbərlər
30 iyul 2026, 10:06

Gəncədə növbəti təmizlik İŞLƏRİ

Bütün xəbərlər
30 iyul 2026, 09:26

Kamil Xasiyev Avstriyaya səfir təyin olundu

Gəncəbasar
29 iyul 2026, 18:05

TƏBİB doğuş qalmaqalına aydınlıq gətirdi - YENİLƏNİB

Bütün xəbərlər
29 iyul 2026, 17:43

Müəllim sirkə turşusundan zəhərlənərək vəfat edib

Bütün xəbərlər
29 iyul 2026, 17:21

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Bütün xəbərlər
29 iyul 2026, 16:47

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
29 iyul 2026, 15:45

Fermada yanğın olub

Bütün xəbərlər
29 iyul 2026, 15:32

"Kəpəz" könüllü axtarır

Bütün xəbərlər
29 iyul 2026, 14:41

Sabah hava necə olacaq? - PROQNOZ

Oxşar xəbərlər