top
Türkçülüyü və İslamı əks etdirən Gəncə xanlığının bayrağı
29 yanvar 2022, 14:00
- +

Türkçülüyü və İslamı əks etdirən Gəncə xanlığının bayrağı

Gəncə xanlığının bayraqlarından biri Bakıda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır.

Bu bayraq 1804-cü ildə Gəncə xanlığı ruslar tərəfindən işğal edildikdən sonra rəsmi simvol kimi ləğv edilmişdir.

Gəncə xanlığının bayrağının uzunluğu 127, eni isə 174 sm-dir. Bayraq moruğu və yaşıl rəngli xara (naxışları olan parlaq ipək parça) parçalarından hazırlanıb. Bayrağın üzərində qızılı rəngli gül dəstələri, qırmızı rəngli bir dairə və qızılı rəngli iki dairə var. Qızılı güllərlə əhatələnən qırmızı dairənin içində ərəbcə zərlə "Allah" sözü yazılıb.

Ortadan iki hissəyə bölünən çərçivədə ərəbcə "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır" sözləri həkk edilib. Mərkəzi qırmızı hissə ara xətlərlə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə: "Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir"- sözləri yazılıb.

Gəncə xanlığının bayrağında əks olunan simvollar türkçülüklə və islamçılıqla əlaqəlidir. Günəş əbədi həyatı, ay əbədi azadlığı, səkkizguşəli ulduz türkçülüyü, palıd yarpağı möhtəşəmliyi, uzunömürlülük və müdrikliyi, yaşıl rəng isə islamı təmsil edir. Eyni simvollar Gəncənin rəmzi - gerbində də əks olunub.

1912-ci il "Hərbi ensiklopediya"nın müəllifləri göstərirlər ki, Gəncə xanlığının işğalından sonra hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Gəncə xanlığının 4 bayrağı, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində isə 1 bayrağı saxlanılır.

2019-cu ilin iyununda xanlığın bu bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilən nüsxəsi Gəncəyə gətirilmişdir. Bu bayraq "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayraq əsasında hazırlanıb.

[caption id="attachment_9215" align="alignnone" width="300"]Preslib.az saytından foto Preslib.az saytından foto[/caption]

Mənbələr:


  1. Bakı xəbər.-2014.- 13 avqust.- S.15.

  2. Gəncə şəhərinin tarixi. Bakı-2004.

  3. Управление делами Президента Азербайджанской Республики. ФЛАГ.

  4. https://oxu.az/society/315845

  5. https://big.az/357079-gence-xanliginin-tarixi-bayragi-olkeye-getirildi-foto.html

  6. Foto: Preslib.az saytından

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər