top
İspaniyanın ordeninə layiq görülən: Gəncəli türkoloq Əhməd Cəfəroğlu
01 yanvar 2022, 15:30
- +

İspaniyanın ordeninə layiq görülən: Gəncəli türkoloq Əhməd Cəfəroğlu

Əhməd Cəfəroğlu 17 aprel 1899-cu ildə Gəncədə anadan olub. O, Avropada və Türkiyədə azərbaycanşünaslıq elminin təməlini qoyanlardan biri olub.

1905-ci ildə o, Səmərqəndə köçür və ilk təhsilini burada alır. Cəfəroğlu 1909-cu ildə Gəncəyə qayıdıb, Gəncə gimnaziyasında təhsilini davam etdirir. Sonra Kiyevə ali təhsil almağa yollanır, lakin təhsilini yarımçıq qoyur. Gəncəyə qayıdıraq Əhməd burada Nuru Paşanın Qafqaz İslam Ordusunun sıralarına yazılır. O, 15 sentyabr 1918-ci ildə Bakını azad edilməsində iştirak edib.

1919-cu ildə Cəfəroğlu Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur, lakin burada da təhsili yarımçıq qalır və o, Türkiyəyə köçür. Əhməd Cəfəroğlu 1925-ci ilə qədər İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsində təhsil alır. 1925-ci ildə Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi o, bu ölkədə türkologiya sahəsində təhsil alır. Əhməd 1929-cu ildə İstanbul Universitetinə qayıdır və ömrünün sonuna kimi burada çalışır.

1923-1969-cu illərdə alimin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çap olunub. Cəfəroğlu Avropa universitetlərində türk dili və türkologiyaya aid mühazirələr deyib, Roma universitetində çalışıb, dünyanın məşhur elm cəmiyyətlərinin və akademiyalarının üzvü olub. O, 1955-ci ildə Ispaniyanın "De Alfonso el Sabio" ordeninə layiq görülüb.

Türk professor Səadət Cağatay Əhməd Cəfəroğlu haqqında yazır: "O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi".

Cəfəroğlu Azərbaycanı dünyaya tanıtmaq üçün İstanbulda "Azərbaycan Yurd Bilgisi" jurnalını nəşr edib. O, "Türk amacı" jurnalında "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub. Həmin jurnallarda "Azərbaycanın böyük matəmi-27 nisan", "28 mayıs", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" kimi məqalələrlə çıxış edib. Alim, həmçinin Azərbaycan ədəbiyyatının tarixini və folklorunu  araşdırıb.

Sovet Azərbaycanındakı ziyalılar onu tanıyırdı, lakin Cəfəroğlunun adını müsbətə hallandırmaq Dövlət Təhlükəsizlik Komitəsinin zindanında həbs çəkməyə bərabər idi.

Əhməd Cəfəroğlu İstanbulda 6 yanvar 1975-ci ildə vəfat edib və Zincirlikuyu qəbiristanlığında dəfn olunub.

 

Mənbələr: 


  1. Əhməd Cəfəroğlu dünyası. Bakı-2019.

  2. Vilayət Quliyev. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı-2000.

  3. Azadlıq.- 2013.- 11 iyul.- S.14.

  4. Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 12-13.

  5. https://teleqraf.com/news/art/121407.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər