top
Sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri:  Nizami Gəncəvi adına kinoteatr
28 yanvar 2023, 14:02
- ↺ +

Sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri: Nizami Gəncəvi adına kinoteatr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nizami Gəncəvi adına kinoteatr Gəncədə Cavad xan küçəsində yerləşir. Kinoteatr binası 1956-cı ildə inşa edilərək, istifadəyə verilib. Tikilinin memarları S.Əmirova və L.Qasımova olublar. Bu kinoteatr sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri hesab edilirdi.

Kinoteatr iki mərtəbədən ibarətdir. Sovet dövründə buranın birinci mərtəbəsində kassa, konsert səhnəsi olan foye, oxu zalı, bufet, inzibati və digər xidmət otaqları yerləşirdi. İkinci mərtəbədə isə hər biri 350 nəfər tutumu olan iki zal mövcud olub.

Zallardan biri geniş ekranlı filmlər üçün nəzərdə tutulmuşdur. Burada həmin dövrdə bədii və elmi-populyar filmlər nümayiş edilmişdir, həmçinin sovet və xarici kinematoqrafiyasının əldə etdiyi nailiyyətləri göstərən festivallar keçirilmişdir.

Sovet hakimiyyəti dövründə kinoteatrın foyesində gənc gəncəli rəssam və heykəltaraşların sərgiləri keçirilirdi. Həmçinin Nizami Gəncəvinin poeziya günlərində ona həsr olunmuş ədəbiyyat gecələri keçirilirdi. Burada Azərbaycan yazıçıları, şairləri, sənətşünasları və ədəbiyyatşünasları iştirak edirdi.

Kinoteatrın ətrafında yaşıl bağ salınmışdır. Mədəniyyət ocağının əsas girişinin önündə fontan da quraşdırılmışdır.

Nizami Gəncəvi adına kinoteatrda 1980-ci illərin sonuna kimi filmlər nümayiş olunub. 1990-cı ilin əvvəllərində isə kinoteatrın fəaliyyəti qismən məhdudlaşdırılıb, 2000-ci ildə isə tamamilə dayandırılıb.

Bura uzun müddət yararsız vəziyyətdə qalıb. Kinoteatrın binası 2020-ci ildə erməni terrorunun qurbanı olub. 2021-ci ildə orada əsaslı təmir-bərpa işləri görülüb.

Mənbələr:


  1. Л. Бретаницкий, А. Саламзаде. Архитектура городов СССР. Кировабад. Москва-1960.

  2. Кинотеатр им. Низами. Турист.

  3. https://www.youtube.com/watch?v=xD7XNyYkSfQ

  4. https://www.youtube.com/watch?v=WfJpFKv0rvI


 

[modula id="31817"]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər