top
Sovet dövründə dağıdılan Gəncə Dəmiryol Stansiyasının binası
01 iyul 2023, 16:21
- +

Sovet dövründə dağıdılan Gəncə Dəmiryol Stansiyasının binası

Gəncə Dəmiryol Stansiyası 1882-1883-cü illərdə Tiflis və Bakı şəhərlərini birləşdirən dəmiryol xəttinin üzərində inşa edilmişdir. Stansiya Gəncənin şimalında, şəhər mərkəzindən 5 km aralıda yerləşirdi. Tikili görünüşünə görə Bakıdakı “Tiflis vağzalı” binasını xatırladırdı.

Gəncədən keçən dəmir yolu xətti Azərbaycanın ümumrusiya iqtisadiyyatına cəlb edilməsində mühüm rol oynadı. Bu stansiyaya gətirilən və oradan kəndlərə göndərilən yüklərin həcmi ildən-ilə artırdı. Buraya, həmçinin müxtəlif yerlərdən neft, kənd təsərrüfatı məhsulları, pambıq, ipək, xalça, mal-qara gətirilirdi.

Stansiyanın şəhərdən aralıda yerləşməsi şəhər əhalisinin və yerli sahibkarların narazılığına səbəb oldu. Onlar iş zamanı stansiyanın yaxınlıqda tikilməsini xahiş etsələr də, bu, Dəmir Yolları Nazirliyi tərəfindən qəbul edilmədi. Belə dəyişiklik dəmir yolunun uzanacağına və malların daşınmasının bahalaşmasına gətirəcəkdi. Nəqliyyat vasitələri nazirliyi bu vəziyyəti düzəltmək üçün öz hesabına stansiyaya yeni yol çəkdi. Daha sonra isə oraya gedən omnibus və konka nəqliyyat vasitələri istifadəyə verildi.

10 oktyabr 1888-ci ildə Bakıdan Gürcüstana gedərkən çar III Aleksandr və onun həyat yoldaşı Mariya Fyodorovna 20 dəqiqəlik Yelizavetpol Stansiyasında dayanırlar. Onları Gəncə qubernatoru knyaz Nakaşidze, şəhər başçısı, xan qızı Natəvan və digər şəxslər qarşılayırlar. Səfərin sonunda çar ailəsi uşaqlarla foto çəkdirdikdən sonra qatara minib, yollarına davam edib.

Stansiyada gediş-gəlişin çox olması ilə əlaqədar burada əhalisi 1000 nəfərdən artıq olacaq yaşayış massivi salınmağa başlanıldı. Burada məktəb, aptek və digər müəssisələr istifadəyə verildi.

Gəncə Dəmiryol Stansiyasının binası 1970-ci illərdə dağıdıldı və sovet dövründə inşa edilən başqa bina ilə əvəz edildi.

Mənbələr:


  1. “Кавказ”.1895. № 68.

  2. “Кавказ”.1888. № 167.

  3. “Кавказ”.1902. № 61.

  4. Кавказский календарь на 1889. Тифлис-1888.

  5. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  6. Gəncə - tarixi oçerk. Bakı-1994.

  7. https://fishki.net/3327999-gjandzha-kirovabad-elizavetpoly-chasty-1-gorod-sokroviw.html

  8. Foto: Charles Thomas Marvin. The Region of the Eternal Fire: An Account of a Journey to the Petroleum Region of the Caspian in 1883. London-1891.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər