top
İsmət Qayıbov: Qarakənd faciəsində şəhid olmuş Baş prokuror
20 noyabr 2021, 13:55
- +

İsmət Qayıbov: Qarakənd faciəsində şəhid olmuş Baş prokuror

"Biz ordunu da yaradırıq, qrupları da yaradırıq, OMONU-da yaradırıq ancaq erməni yaraqlıları ilə mübarizə üçün. Və bizim xalqımızın gücü çatacaq ki, biz onları tam məhv edək" - İsmət Qayıbov.

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində əməkdar müəllim ailəsində anadan olub. O, ilk azərbaycanlı hərbi təyyarəçi, Fərrux ağa Qayıbovun olduğu Qayıbovlar soyundan idi.

İsmət Qayıbov orta təhsilini Gəncədə 1 saylı Maksim Qorkiy adına məktəbdə (indi İsmət Qayıbov adına 1 saylı pilot orta məktəb) alıb. Qayıbov 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. O, 1969-cu ildə Əli-Bayramlı (Şirvan) Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib, 1971-ci ildə isə respublika prokurorluq orqanlarına işə qəbul edilib.

İsmət Qayıbov 1975-1778-ci illərdə Bakı Şəhər Prokurorluğunda müxtəlif vəzifələr tutub. O, 1978-1990-cı illərdə İsmayıllı və Əli-Bayramlı rayonlarının, Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.

Qayıbov 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Baş prokuroru, həmçinin III dərəcəli dövlət ədliyyə müşaviri vəzifəsini tutub.

İsmət Qayıbov 1991-ci ildə verdiyi müsahibədə erməni hərbi birləşmələrinin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edib. O, Quqarkda azərbaycanlılara qarşı törədilən qırğına görə cəmi dörd erməninin saxlanıldığını "biabırçılq” adlandırıb. Qayıbov 20 yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırıb və bildirib ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar".

İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, bir sıra digər dövlət xadimlərinin də içində olduğu Mi-8 vertolyotunun erməni hərbi dəstələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Azərbaycan Respublikasının ilk Baş prokuroru Qayıbovun rəsmi dəfn mərasimi Bakıda keçirilib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Hazırda Bakıda Bakıxanov qəsəbəsində stadion, neft tankeri, ölkədə bir çox məktəb və küçə İsmət Qayıbovun adını daşıyır.

Mənbələr:


  1.  https://vetendas.az/ism%C9%99t-qayibov/

  2. https://modern.az/az/news/179699/sehid-general-ismet-qayibov-yasasaydi-76-yasi-tamam-olacaqdi-

  3. https://www.youtube.com/watch?v=-PlvurMdfXQ

  4. https://www.youtube.com/watch?v=yTXuP2nOwEg&t=179s

  5. https://aqreqator.az/ru/siyaset/908436

  6. http://femida.az/az/news/9033/M%C3%BC%C9%99mmal%C4%B1--%C5%9F%C9%99kild%C9%99-h%C9%99lak-olan-birinci-prokurorun---H%C6%8FYAT-HEKAY%C6%8FT%C4%B0-

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər