top
Qədim zamanlardan Gəncədə mövcud olmuş Novruz adəti: at yarışları
20 mart 2024, 11:00
- ↺ +

Qədim zamanlardan Gəncədə mövcud olmuş Novruz adəti: at yarışları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün bütün Azərbaycanda Novruz bayramı qeyd edilir. Gəncənin Novruz ənənələri zəngindir. Gəncəlilər bu müqəddəs bayrama xalqın tarixinin nəcib adət-ənənəsi kimi böyük ehtiramla baxırlar. Tarix boyu Gəncədə Novruz günlərində maraqlı, kütləvi tədbirlər şəhərin mərkəzində keçirilir. Bura yaxın-uzaq yerlərdən minlərlə adam axışıb gəlir.

Belə tədbirlərdən biri qədimdən Şah Abbas meydanında keçirilən at yarışı olub. Çar dövründə də bu adət qorunurdu. Gəncəlilərin bu ənənəsi 1894-cü ilin Qafqaz qəzetinin nömrələrindən birində işıqlandırılmışdır: “Hər il bu gündə ətraf kəndlərdən kəndli atlılar ən yaxşı atlarına minib şəhərə gəlirlər…At yarışları məscidin qarşısındakı böyük bazar meydanında, təkcə meydanın ətrafında deyil, həm də bütün evlərin və mağazaların damlarında tamaşaya yığışan böyük izdihamla keçirilir. Bu gün atsevərlər də şəhərə axışırlar. Yarışlarda tamaşa edərək və atlara diqqətlə baxaraq, ən yaxşılarını qeyd edirlər və onlar üçün böyük pul təklif edirlər”.

XX əsrdə bu yarışların keçirilməsi haqda publisist Mirzə Abbas Abbaszadənin 1920-ci ilin martında “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsindən öyrənmək olar: “Birdən-birə meydanın bir başından zurna-balaban səsi gələn kimi minlərcə adamın gözü o yanda olub, bir-birini itələyib basmağa, atlıları görməyə çalışırdılar. Burda il uzunu çaharşənbə gözləyən igidlər, dəliqanlılar, adlı-sanlı at minən qoçaq oğlanlar əllərində yayları, bellərində oxları, çiyinlərində aynalı tüfəngləri atın üstündə qırğı kimi səkər, qıvraq geyinmiş bığıburma minicilər hərə öz yoldaşı ilə cüt-cüt meydanın ortasında ağır-ağır at oynatmağa başlardılar. Bu gün sınaq günü, düşməni ağlatmaq, dostu güldürmək günü idi. Nişanlı oğlanlar bu gün ad, nişan qazanmalı idilər ki, səsləri nişanlılarının qulağına çatsın”.

Mənbələr:


  1. http://www.anl.az/down/meqale/525/2016/mart/481356.htm

  2. Кавказ No 64. 8 марта 1892.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
25 noyabr 2026, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Oxşar xəbərlər