top
Nuru Paşanın tapşırığı ilə Gəncədəki ermənilərin tərk-silah edilməsi
13 oktyabr 2023, 16:00
- +

Nuru Paşanın tapşırığı ilə Gəncədəki ermənilərin tərk-silah edilməsi

25 may 1918-ci ildə osmanlı general Nuru Paşa və onun rəhbərliyi altında heyət Gəncəyə gəlir. Nuru Paşa Gəncə və onun ətrafında təhlükəni aradan qaldırmağı, burada yaşayan erməniləri tərk-silah etməyi qərara alır. Həmin vaxt şəhərin Gəncə çayı ilə ayrılan şərq hissəsində 20 mindən çox erməni yaşayırdı.Onlar Qafqaz İslam Ordusu hissələrinə zərbə endirmək üçün kifayət qədər hərbi gücə, atıcı silahlarla təchiz olunmuş 600 nəfərlik tabora malik idilər.

Nuru Paşanın əmri ilə ermənilərin tərk-silah edilməsini 9-cu Qafqaz alayı və Gəncə dəstəsi həyata keçirilməli idi. 10 iyun 1918-ci ildə dəstənin bir hissəsi qərargahın mühafizəsi üçün qalır, digərləri isə Yelenendorfa (Göygöl) yollanır. Burada məqsəd Gəncənin ermənilər yaşayan şərq hissəsini arxadan mühasirəyə almaq idi. Yelenendorfda mövcud olan alman taboru da Gəncə dəstəsinə yardım etməyi qərara alır və Zurnabad-Hacıkənd xəttində yerləşdirilir.

11 iyun 1918-ci ildə Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə alır. Bundan sonra ermənilər alay komandiri Cəmil Cahid bəyin yanına ağ bayraqlarla gəlirlər. Onlar bir az danışdıqdan sonra Cahid bəy alaya səslənir: “Gəncə erməniləri bolşevik ixtilalından sonra o bölgədəki köylü ermənilərlə silahlanmışlar…Azərbaycan hökumətini tanımamışlardır. Ancaq Osmanlı ordusu Gəncəyə girdiyi təqdirdə mal və canlarını onun hökumətinin himayəsinə, ədalətinə təslim edəcəklərini bildirmişlər”.

Osmanlı zabitləri ermənilərə inanır, hətta Gəncə dəstəsinə istirahət verir. Lakin az sonra Osmanlı zabitləri bunun bir oyun olduğunu anlayırlar. Cəmil Cahid bəy bəzi bölmə komandirlərinə erməni məhəlləsinə doğru irəliləməyi əmr edir. Bölmələr məhəlləyə yaxınlaşanda ermənilər atəş açır və Qafqaz İslam Ordusu ilk itkilərini verir. 11 iyun döyüşü ermənilərin nisbi uğuru ilə başa çatır.

Gəncə dəstəsinin komandiri 12 iyun 1918-ci ildə ermənilərdən yenidən tərk-silah olmalarını tələb edir. Əks-təqdirdə məhəlləni top atəşinə tutacaqlarını deyir, xəbərdarlıq üçün isə bir neçə dəfə atəş açır. Bundan qorxan ermənilər tərk-silah olmağa razı olurlar. Həmin gün qoşun hissələri məhəlləyə girib, 150 ədəd silah toplayır. 13-14 iyunda silah toplanılması davam etdirilir.

Mənbələr:


  1. Mehman Süleymanov. Nuru Paşa. Bakı-1999.

  2. Nağı Keykurun. Nağı bəy Şeyxzamanlının xatirələri və İstiqlaliyyət fədailəri. Bakı-2007.

  3. Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. I cild. Tehran-2014.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər