top
Nuru Paşanın Azərbaycana gəlişində gəncəli Nağı Şeyxzamanlının rolu
22 yanvar 2022, 13:00
- +

Nuru Paşanın Azərbaycana gəlişində gəncəli Nağı Şeyxzamanlının rolu

Rusiyada 1917-ci il Oktyabr inqilabından və bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın milli qüvvələri Osmanlı imperiyasından yardım almaq üçün əlaqələr qurmağa başladılar.

1918-ci ilin yanvarında gəncəli siyasi xadim Nağı Şeyxzamanlı və onun rəhbərliyi altında heyət Türkiyəyə getdilər. Onlar osmanlı sultanı, osmanlı hökumətinin rəhbəri Tələt Paşa və hərbi nazir Ənvər Paşa ilə görüşüb, Azərbaycana hərbi yardım istədilər. Osmanlı imperiyası yardım göstərməyə razılaşdı. Ənvər Paşanın hərbi yardım planına əsasən, Azərbaycana ilk olaraq osmanlı zabitləri və onların rəhbərliyi altında hərbi qüvvələr göndərilməli idi. O, osmanlı zabitlərinin iştirakı ilə yaranacaq orduya Qafqaz İslam Ordusu adının verilməsini qərarlaşdırdı.

Həmçinin komandanlıq edəcək şəxslər də müəyyən edildi. Lakin onların arasında Nuru Paşanın adı yox idi. Nağı Şeyxzamanlı bunu bilib, Ənvər Paşanın yanına gedib, deyir: "...Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edin… Bir də Paşam, sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadənin hər axşam...içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar". 

Bir az sonra Ənvər Paşa Nağı bəyə deyir: "Nağı bəy, Nuru çox gəncdir, necə olar?" Şeyxzamanlı cavab olaraq, "Paşam, rus mətbuatında Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və...sizin qardaşınız olması yetər". Səhərisi gün Ənvər Paşa Nuru Paşanın komandanlığına razılıq verdi və Nağı bəyə: "bax istədiyin Nuru bu"- deyərək, onları tanış etdi.

1918-ci ilin mart ayında Nuru Paşa və onun rəhbərliyi altında heyət İstanbuldan Azərbaycana yollandı. Paşa Gəncəyə gələnə yaxın Nağı bəy Nəsib bəy Yusifbəyliyə: "Gəncədə Nuru Paşanı qarşılamaq lazımdır" - deyir.

Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın mayın 25-də Gəncəyə gəlişindən yazırdı: "...Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi".

 

Mənbələr: 


  1. Nağı Keykurun. Nağı bəy Şeyxzamanlının xatirələri və İstiqlaliyyət fədailəri. Bakı-2007.

  2. Nəsiman Yaqublu. Bakının Qurtuluşu. Bakı-2010.

  3. Dilqəm Əhməd. Bir ildən yüz ilə. Bakı-2018.

  4. https://525.az/news/149947-o-gun-ki-nuri-pasa-genceye-mehman-oldu

  5. https://www.elibrary.az/docs/qazet/qzt2018_4368.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər