top
Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecəsidir - Tovuzun bu kəndindən REPORTAJ - FOTO
10 fevral 2025, 21:17
- +

Novruzun gəlişinin ilk müjdəçisi "Xızır Nəbi" gecəsidir - Tovuzun bu kəndindən REPORTAJ - FOTO

 

“Xızır Nəbi” bayramı fevralın 10-dan 11-ə keçən gecədən qeyd edilir. Elə həmin andan yazın müjdəçisi olan “Xızır” gecələri başlayır. Deyilənə görə bu gecə Xızır peyğəmbərin adı ilə bağlıdır və yazın gəlişinin ilk müjdəçisidir. Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri hər il bu bayramı özünəməxsus şəkildə qeyd edirlər.

Bu kənddə yüzilliklərdən bəri tarixi adət-ənənələrini bu günədək yaşadıb, davam etdirməkdədirlər. Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır desək, yanılmarıq.

“Xızır Nəbi gecəsi”, “Xızır bayramı” və ya bəzən də “Xıdır bayramı” kimi də adlandırılan bu bayramı insanlar təmtəraqla, xüsusi mərasimlərlə keçirirlər. Bayram kəndin inanc yeri olan xan çinarının ətrafına toplaşıb tonqal yandırmaqla qeyd olunur. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi qəbul edirlər.

“Fevralın 1-dən 20-nə qədər qışın oğlan çağı olur ki, bunun da 10 günü “Xıdır Nəbi” günlərinə təsadüf edir. İnanca görə, məhz bu gecə “Xıdır Nəbi” elə obaya ayaq basır. Qışın oğlan çağına, sərt qış günlərinə təsadüf edən bu bayramın bir fəlsəfi anlamı var. Ulularımız qışın oğlan çağında çətinliklərə birlikdə qalib gəlməsi üçün birləşiblər. Kənd yerlərində bolluq, bərəkət rəmzi kimi qeyd olunur”, – deyə kənd sakini Məlahət Hacıyeva bildirir.

İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Sanki bir oyanma başlayır. Xalq rəvayətlərinə inansaq çətinliklərdən qurtarmaq üçün “Xıdır Nəbi” qış günlərində evlərə bərəkət paylayır.

“Xıdır Nəbi” bayramımızdır. Ata-babalardan deyirdilər ki, o vaxtı analar qovut hazırlayıb çölə qoyurlarmış ki, Xıdır Nəbi baba da gəlib çomağını o qovuta basırmış. İndi bu ənənələri davam etdiririk. Hər il burda ayın 10-nu bayram keçiririk”, – deyə kəndin digər sakini Solmaz Rüstəmova vurğulayır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər