top
Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin anım günüdür
25 yanvar 2025, 15:21
- +

Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin anım günüdür

 

Xalq artisti Məmmədrza Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncədə anadan olub. O, şair Şeyx Nizaminin nəslindən olub.

Gencexeber.az məlumat verir ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Şeyxzamanovların mülkləri və zəngin kitabxanaları yandırılır. Məmmədrzanın atası Hacı İsa bəy vəfat edir. Anası isə yaşadıqları mülkü itirməmək üçün orada fabrik açılmasına icazə verir və əvəzində öz evindən bir otaq ala bilir.

Məmmədrza orta məktəbi bitirdikdən sonra Gəncədə İnşaat Texnikumunda təhsil alıb. O, burada dram dərnəyində tamaşalarda oynayıb. 15 yaşında ikən Məmmədrza Gəncədə “artist Məmmədəli” kimi tanınıb.

1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov Şeyxzamanovu teatra dəvət edir. O, burada ilk dəfə “Hind qızı” tamaşasında “Brahma” rolunda oynayır. Çalışdığı dövrdə Məmmədrza “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Qaçaq Nəbi” (Nəbi) və digər tamaşalarda obrazlar yaradır.

1938-ci ildə aktyor bəy qızı nəslindən olan Nigar xanımla evlənir və onların qızı dünyaya gəlir. Bir müddət sonra Məmmədrza pantürkist adı ilə Qazaxıstana sürgün edilir. Yeddi ildən sonra o, ailəsi ilə icazəsiz Gəncəyə qayıdır.

1954-cü ildə “Azdrama”nın baş rejissoru Adil İsgəndərov Məmmədrzanı Bakıya teatrda işləməyə dəvət edir. O, burada “Hamlet”, “Od gəlini”, “Almaz”, “Ölülər”, “Alov” və s. tamaşalarda oynayır. 1955-ci ildə Şeyxzamanov “Bəxtiyar” kinokomediyasında “Rəcəbov” rolunu canlandırır.

Məmmədrza Şeyxzamanov bu filmlərdə müxtəlif obrazlar canlandırıb: “Qızmar günəş altında” (Alı kişi), “Leyli və Məcnun” (Dərviş), “Bir qalanın sirri” (həkim Eldostu), “Qatır Məmməd” (Gəncə qubernatoru), “Nəsimi” (Şeyx Əzəm), “Tütək səsi” (İsfəndiyar kişi), “Əhməd haradadır” (Şirin kişi) və s. O, “Azərbaycanfilm” kinostudiyasının 20-dən artıq bədii filmində rollarla çıxış edib.

1974-cü ildə Məmmədrza Şeyxzamanov SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

“Onun səsinin tembri, zahiri görünüşü, həm teatrda, həm kinoda, həm də müxtəlif filmlərin dublyajında yaratdığı xarakterlər heç vaxt unudulmayacaq. Heç vaxt… Çünki Məmmədrza Şeyxzamanov böyük sənətkar idi” – Xalq artisti, aktyor Fuad Poladov.

Məmmədrza Şeyxzamanov 25 yanvar 1984-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər