top
Nikah evi kimi fəaliyyət göstərən Şərəfxanlı məscidi
24 iyun 2023, 15:30
- +

Nikah evi kimi fəaliyyət göstərən Şərəfxanlı məscidi

Məscid Gəncə şəhərinin Eminbəyli küçəsi, 60 ünvanında, Şərəfxanlı məhəlləsində yerləşir.

Bəzi mənbələrə əsasən, ibadət evi 1912-ci ildə Gəncədə yurd salmış Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən inşa edilib.

Başqa versiyaya görə, məscid daha qədim tarixə malikdir və onun inşası 1660-1670-ci illərə təsadüf edir. Rəvayətə görə, ibadətgah Mirzə Şəfi Vazehin atası, xanın baş memarı olan Kərbəlayi Sadıq tərəfindən təmir olunub. Deyilənlərə görə, bina vaxtilə məscid kimi istifadə olunsa da, mədrəsə kimi tikilib.

1918-ci ildən binada yeni tipli məktəb fəaliyyət göstərib. 1920-ci ildə məktəb yaxınlıqdakı binaya köçürülüb, buradan isə müəllimlər otağı kimi istifadə olunub. Sovet hakimiyyəti dövründə məscidin binasında M.F.Axundov adına 7 №-li natamam orta məktəb yerləşdirilib. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi, sənət məktəbi, ticarət məktəbi kimi fəaliyyət göstərib.

Məscid Gəncəyə xas olan üslubda qızmızı kərpicdən inşa edilib və 4 otaqdan ibarət olub. Binanın çöl hissəsində məscid tikilən zaman çinar ağacları əkilib. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı sakinini o zamanlar şəhər qəbiristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. 1924-cü ildə məscidin ətrafında hasar çəkilmişdir. İbadətgahın həyətində daha qədim dövrlərə aid bir abidə də mövcud olub.

2000-ci illərin əvvəllərində məscid təmir olunub, onun zahiri görünüşü dəyişdirilib.

Hazırda bina özəlləşdirilib və Nikah evi kimi istifadə edilir. Bina yerli əhəmiyyətli abidələr siyahısına daxildir.

Mənbələr:


  1. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

  2. Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.

  3. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.

  4. https://e-qanun.az/framework/2847

  5. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.


[modula id="39681"]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər