top
İndiki Gəncənin I Şah Abbas tərəfindən salınması
21 dekabr 2021, 13:00
- +

İndiki Gəncənin I Şah Abbas tərəfindən salınması

Gəncə əvəllər başqa ərazidə, indiki şəhərdən 6-7 km şimal-şərqdə yerləşib, lakin onun yeri dəyişdirilmişdir. Bu haqda müxtəlif fikirlər mövcud olub.

Qədim Gəncə 1139-cu ildə olan zəlzələ nəticəsində dağılmışdır. Şəhər bu fəlakətdən sonra köhnə yerindən biraz şərqdə salınmışdır. Həmçinin 1231-ci ildə monqol istilası və 1588-ci ildə osmanlıların Gəncə qalasını köhnə qaladan bir neçə kilometr uzaqda tikməsi, şəhərin yer dəyişməsinə səbəb olmuşdur. Lakin şəhərin indiki yerində salınması qərarı, səfəvi hökmdarı I Şah Abbas tərəfindən qəbul edilib.

Tarixçi M.M.Altman "Gəncə şəhərinin tarixi oçerki" əsərində şəhərin yer dəyişməsi haqda yazmışdır: "Bunu başa düşmək lazımdır ki, I Şah Abbas, monqolların Gəncəni dağıtdıqları vaxt başlamış, köçürülməni sürətləndirmişdi. Daha doğrusu, I Şah Abbasın əmri ilə gəncəlilər, xeyli əhalisi olan, 1588-ci ildə osmanlı sərkərdə Fərhad paşanın qala tikdirdiyi əraziyə köçürüldülər".

1606-cı ildə Şah Abbas Gəncə qalasını (indiki Gəncənin mərkəzi) ələ keçirdikdən sonra meydan saldırır. O, burada Şah Abbas məscidini, Çökək hamamı, Şah Abbas karvansarayını, həmçinin bazarlar, körpülər tikdirir və Gəncə əhalisini təzə saldığı şəhərə köçürməyə başlayır.

Fərrux Əhmədov "Gəncənin tarixi yaddaşı" kitabında yazır: "Şah (I Abbas - F.Ə) Gəncə şəhərini köhnə yerindən köçürüb, bir ağac (təxminən 7 km-ə yaxın) yuxarıda olan indiki yerində bina etdirdi. Buradakı meydan, məscid, və karvansaray… Şeyx Bəhəddin Məhəmməd Amilinin planı üzrə tikilib…".

Bəzi məlumatlara görə, Şah Abbas şəhəri Abbasabad adlandırmışdır, lakin əhali şəhərin köhnə adını - Gəncəni qoruyub saxlamışdır. Təzə şəhərin artıq XVII əsrin ortalarında Gəncə adlanması rus səyyah Arseni Suxanovun "Proskinitariya" əsərindən məlum olur. Həmçinin bu əsərə əsaslanan tədqiqatçılar, Gəncənin tam yeni yerində salınmasını qeyd edirlər.

[caption id="attachment_7084" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949.

  2. Gəncə tarixinin aktual problemləri. Gəncə-2010.

  3. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  4. Л. Бретаницкий, А. Саламзаде. Кировабад. Moсква-1960.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər