top
Ən qədim miniatür kitabın nümayiş olunduğu Miniatür Kitab Muzeyinin Gəncə filialı
29 avqust 2023, 13:30
- +

Ən qədim miniatür kitabın nümayiş olunduğu Miniatür Kitab Muzeyinin Gəncə filialı

Miniatür Kitab Muzeyinin Gəncə filialı şəhərin Heydər Əliyev adına baş meydanında yerləşir. Muzeyin açılışı 2016-cı ilin may ayında baş tutub. Buranın təsisçisi ictimai xadim Zərifə Salahovadır.

Miniatür Kitab Muzeyinin Gəncə filialında dünyanın 25-dən çox ölkəsində çap edilmiş 1100-dən çox miniatür kitab nümayiş olunur. Vitrinlərdə rus, türk, ingilis, alman, ərəb, gürcü və başqa dillərdə çap olunan kitablar var.

Muzeydə Azərbaycan Respublikasında baş verən tarixi hadisələri əks etdirən, həmçinin klassik ədəbiyyat, elm və incəsənətə həsr olunmuş miniatür kitablar toplanıb. Filialda yalnız Azərbaycanın deyil, xarici ölkələrdən olan siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatı nümunələri olan və rəngli illüstrasiyalı uşaq miniatür kitabları numayiş olunur.

Ekspozisiya zalında dini kitablar, o cümlədən ən qədim miniatür kitab - 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir. Bu Quran, Ginnesin Rekordlar Kitabına daxil olub. Muzeydə ən kiçik miniatür kitab isə “Мой Баку” kitabıdır.

Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş miniatür kitablar da mövcuddur. Miniatür Kitab Muzeyinin Gəncə filialında Heydər Əliyevin “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” sözləri yazılan guşə var. Bu guşədə, həmçinin Azərbaycan və xarici ölkələr, beynəlxalq qurumlar tərəfindən Zərifə Salahovaya təqdim olunan mükafat və təltiflər nümayiş olunur.

Miniatür Kitab Muzeyi 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. Bakı və Gəncədən başqa, muzeyin filialları Naxçıvan və Şəkidə də var.

Mənbələr:


  1. https://www.yenigence.com/miniatur-kitab-muzeyinin-g%C9%99nc%C9%99-filiali/

  2. https://qafqazinfo.az/news/detail/gencede-miniatur-kitab-muzeyinin-filiali-acildi-fotolar-148520

  3. https://azvision.az/news/91150/gencede-miniatur-kitab-muzeyi-acildi.html

  4. https://azertag.az/xeber/Miniatur_Kitab_Muzeyinin_Gence_filialinda_29_olkede_chap_edilmis_1111_miniatur_kitab_numayis_olunur-1782721

  5. https://www.youtube.com/watch?v=zDRzNtSlHaQ

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər