top
Muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilən Həsən bəy Ağayev
07 fevral 2023, 17:41
- ↺ +

Muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilən Həsən bəy Ağayev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncədə anadan olub.

O, orta təhsilini Gəncədəki klassik gimnaziyada alıb, Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olub və 1901-ci ildə oranı bitirib. Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirib. O, "Hümmət" təşkilatının tapşırığı ilə "Silk, sinif, firqə" kitabçasını Azərbaycan dilinə tərcümə edib. Həmin kitabçanın nəşrinə görə təqiblərə məruz qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşayıb.

Qayıtdıqdan sonra Ağayev Gəncədə rus dilində çıxan "Yujnıy Kavkaz" qəzetinin redaktoru olub. O, 1914-cü ilin sonlarında Xudadat bəy Rəfıbəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaradıb. Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılmış "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın yaradıcılarından biri də Həsən bəy idi.

Ağayev 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olmuşdur. "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, sonra isə Ümumrusiya Müəssisələr Məclisinə nümayəndə seçilmişdir.

Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəal iştirak etmişdir. Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdikdən sonra Ağayev Şura sədrinin müavini seçilmişdi. Şuranın 1918-ci il mayın 28-də Tiflisdə

keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq, Həsən bəy Ağayev imzalamışdır.

Azərbaycan Parlamentinin 1918-ci ilin dekabrında Bakıda açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilib. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından rəhbərliyi Həsən bəy həyata keçirib. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilib və 2 fevral 1920-ci ilə qədər ona rəhbərlik edib.

Aprel işğalından (1920) sonra Həsən bəy Ağayev Tiflisə mühacirət edib. O, 19 iyun 1920-ci ildə

muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilib və Tiflisin müsəlman qəbiristanlığında dəfn  olunub.

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər