top
Əmir Teymurun sərkərdəsinin adı ilə bağlı qədim Gəncənin Allahdad məhəlləsi
25 mart 2023, 16:01
- +

Əmir Teymurun sərkərdəsinin adı ilə bağlı qədim Gəncənin Allahdad məhəlləsi

Allahdad məhəlləsi Gəncə qalası ərazisində, Gəncəçayın sol sahilində yerləşib. Məhəllə şimaldan və qərbdən Zərrabi məhəlləsi, şərqdən Gəncə çayı, cənubdan Şəhristanın qala divarları ilə əhatə olunub.

Allahdad məhəlləsinin XIV əsrdə Gəncənin köhnə yerində salınması ehtimal olunur. Deyilənlərə görə, məhəllənin adı Əmir Teymurun sərkərdəsi Allahdadın adı ilə bağlıdır. Tarixi mənbələr Əmir Teymurun 1386-cı ildə Gəncəyə hərbi səfər etdiyini bildirir. O zamanlar Gəncədə Qaraqoyunlular hakimiyyətdə idilər. Ehtimal olunur ki, Teymurləng Qaraqoyunluları Gəncədən qovub, şəhərin hakimiyyətini isə sərkərdəsi Allahdada tapşırıb.

Allahdad məhəlləsinin XVI əsrdə Osmanlılar tərəfindən dağıdılması güman edilir. Gəncənin yerdəyişməsindən sonra Allahdad məhəlləsi təzə şəhərə köçürülmüş məhəllələrdən biri idi. Lakin Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra bu məhəllə ləğv edilmişdir.

Məhəllənin ərazisində bir vaxtlar eyniadlı arx yerləşib. Başlanğıcını Qızıl Qayadan götürən bu arx sərkərdənin hakimiyyəti dövründə çəkilib. Arxın suyundan indiki Samux rayonunun ərazisində yerləşən Çobanabdallı, Lək kəndlərinin sakinləri də istifadə edirdilər. Tarixçi İshaq Cəfərzadənin "Köhnə Gəncənin tarixi-arxeoloji oçerki" əsərində Allahdad arxı haqqında qeydlərə rast gəlinir. Onun sözlərinə görə, bu arx Gəncəçayın sol sahilində yerləşən bağların sulanması üçün Gəncə əhalisi tərəfindən hələ orta əsrlərdə istifadə olunub. Allahdad arxı 1950-ci illərə kimi mövcud olub.

Mənbələr:


  1. Джафарзаде И.М. Историко-археологический очерк Старой Гянджи. Баку-1949.

  2. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

  3. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər